Ömürlük məhkumlar azadlığa çıxa bilər


17:11     20 Oktyabr 2016 din%20hebs.jpg

Bakı Apellyasiya Məhkəməsində Elçim Əmiraslanov və digərlərin şikayətinə baxılacaq.


Vəkil Elçin Sadıqovun APA-ya verdiyi xəbərə görə, şikayətə oktyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Bu Qaradağ rayon Məhkəməsində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə olub.

Məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1876