Ukrayna yeni radiolokasiya stansiyasını sınaqdan keçirdi


19:22     22 Oktyabr 2016 14771164365941819038_1000x669.jpg

Ukraynada, “Rubej-2016” təlimlərində “Cənub” Hərbi Hava Qüvvələri komandanlığının radiotexniki qoşunlar briqadasının radiotexniki batalyonu Ukrayna hərbi sənaye kompleksinin ən müasir sistemini - fazalaşdırılmış antena qəfəsi və dairəvi görüntüsü olan üçölçülü, mütəhərrik “Pelikan” 79K6 radiolokasiya stansiyasını (RLS) ilk dəfə tətbiq edib.



Femida.az Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni texnika maksimum yüklənmə şəraitində test edilib. RLS-in heyəti əvvəlcə müəyyən mövqeyə 120 kilometrlik yürüş edib. Poliqonda texnikanın sıradan çıxacağı təqdirdə onun bərpasına dair məşğələlər aparılıb: avtomobil texnikasını yürüş vaxtı, elektrotexnikanı isə silahın tətbiqindən sonra. Sonra stansiyanın vaxtında açılıb-bağlanması mexanizmi işlənib hazırlanıb və onun döyüşə tətbiqi imkanları yoxlanılıb.

Briqada komandanlığının fikrincə, təlimlər zamanı “Pelikan” 79K6 RLS-in xidməti yetərincə yüksək nəticələr nümayiş etdirib. RLS-in özü möhkəmlik və nəzərəçarpan texniki xarakteristikalar nümayiş etdirib.

Təlimlərdən dərhal sonra RLS Ukraynanın cənubunda hava məkanının keşiyində durmaq üçün “döyüş növbəsi”nə başlayacaq.

Açar sözlər:

Oxunub: 951