TQDK-nın ləğvinə başlanıldı


17:41     22 Oktyabr 2016 Logo1.png

“Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs oktyabrın 19-da dövlət qeydiyyatına alınıb”.


Femida.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.

M. Abbaszadə həmçinin bildirib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb: “Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1413