22 yaşlı gəncin faciəli ölümü


20:30     22 Oktyabr 2016 meyit64.jpg

Qax rayonunda 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.


Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb.
Şəhər sakini, 22 yaşlı Musa Oktay oğlu Əhmədov həmin küçədə yaşayan vətəndaşın su çənini təmizləyərkən 10 kv-luq elektrik xəttinə toxunub və təxminən 8 metr hündürlükdən yerə yıxılıb.
Dərhal hadisə yerinə "Təcili tibbi yardım" briqadası cəlb olunub. Həkimlər gəldiyində Musa Əhmədov artıq keçinib.
Qax Elektrik Şəbəkədən "Report"un Şimal-Qərb bürosuna verilən məlumata görə, ölən şəxsin su çənini təmizlədiyi abonent qanunsuz olaraq 10 kv-luq elektrik xəttinin qoruq zonasının altında su çəni quraşdırıb. Musa Əhmədov da çənin üzərinə çıxdıqda başı gərginlik olan elektrik xəttinə toxunub.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 926