Ohanyanın arvadı nazirə “yox” dedi


20:39     22 Oktyabr 2016 siaphoto_571508.jpg

Erməni mediası ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryanın Serj Sarkisyan tərəfindən yeni təyin olunmuş səhiyyə naziri Levon Altunyanla işləmək istəmədiyini yazır.


Femida.az xəbər verir ki. Bu barədə “Hraparak” qəzeti də qeyd edir. Artıq, Ruzanna Xaçatryanın istefa haqqında ərizə yazması da məlumatlar sırasındadır.

Qəzet yazır: “Bugünlərdə yeni təyin olunmuş səhiyyə naziri Levon Altunyanla onun müşaviri Ruzanna Xaçatryan görüş keçirib. Ohanyanın arvadı nazirə deyib ki, onlar bir-birlərini yaxşı tanımırlar və Xaçatryan sabiq səhiyyə naziri Derenik Dumanyanla birgə işləyib. Sabiq nazir həm də onun elmi işinin rəhbəri olub. Ona görə də yeni nazirlə işləməyi məqsədəuyğun hesab etmir. Altuntan deyib – qərar sizindir”.

“Hraparak” həmçinin qeyd edir ki, artıq səhiyyə nazirliyinin rəsmi saytından Ruzanna Xaçatryanın rəsmi işçilərin siyahısından adı silinib. O cümlədən, kabinetində Altunyan tərəfindən işə götürülmüş yeni əməkdaş oturub.

Qeyd edək ki, Serj Sarkisyanın hakimiyyət “islahatları” nəticəsində bir çox yüksək vəzifəli şəxslər istefaya göndəriliblər. Onların əksəriyyətinin yeni müxalifət partiyaları yaradaraq Sarkisyana qarşı müxalifətə keçmələri barədə də xəbərlər yer almaqdadır.

Açar sözlər:

Oxunub: 5281