Klinton Trampı arxada qoydu - Sorğu


00:47     24 Oktyabr 2016 Trump__Clinton.jpg

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı artıq 12 faiz qabaqlayır.


Femida.az xəbər verir ki, ABC telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 50 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Oktyabrın 13-də telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 8 faiz təşkil edirdi.

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1115