Nazirlikdən hava xəbərdarlığı: Qar, yağış, külək
17:09 24 Oktyabr 2016
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirlyindən Femida.az-a verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan artıq, 773 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
Femida.az
Oxunub: 1232
Oxşar xəbərlər
- Nazirlikdən hərbçi olmaq istəyənlərə müraciət
- Nazirlikdən xəbərdarlıq- “Bad rabbit” virusu yayılıb
- Nazirlikdən ərəb turistə 1000 manatlıq cərimə
- Nazirlikdən xəbərdarlıq: Leysan, dolu, qar...
- Nazirlikdən küçələrdə rəhmsiz rəftar olunan heyvanlarla bağlı bəyanat
- Nazirlikdən hava xəbərdarlığı: `3 gün ərzində...`
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən benzinin bahalaşmasına dair ŞƏRH
- Nazirlikdən Tiqran Balayana CAVAB