Səudiyyəli hakim peyğəmbərlik iddiasına düşüb


22:40     26 Oktyabr 2016 seudiyye1.jpg

Səudiyyə Ərəbistanı vatandandaşı olan Abdullah əl-Muhaysəni Allahın özü ilə birbaşa əlaqədə olduğunu və ona yeni bir ayə göndərdiyi iddiasını irəli sürüb.


Abdullah əl-Muhaysəni şəxsi "Twitter" hesabından verdiyi açıqlamada "Bir gecə yuxumda dostların hüzurunda Quran oxuyarkən birdən mənə yeni bir ayə endirildi və bu yeni gələn ayə də Qurani-Kərimin son səhifəsində yer aldı", - deyə qeyd edib. Allahdan ona vəhy gəldiyini iddia edən hakim "Mən və dostlarım yeni endirilən ayəni görüncə göz yaşlarımıza boğulduq. Yuxumda o ayəni vurğuladım.

Tam o anda tanımadığım biri mənə tərəf gələrək, Allah Suriya xalqını peyğəmbəri təhqir etdiyi üçün cəzalandırıb dedi", - iddiasını irəli sürüb. Sosial mediada mübahisəyə yol açan Abdulla əl-Muhaysəninin bu iddiası həm də məsxərə obyektinə çevrilib.

Mövzu ilə əlaqədar olaraq bəzi "Twitter" istifadəçiləri tərəfindən bölüşülən qeydlərdə Səudiyyənin Suriyadakı cinayətlərini ört-basdır etmək məqsədilə bu cür iddiaları gündəmə gətirdiyi bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1081