Çin ABŞ hökumətinə etiraz etdi


20:12     29 Oktyabr 2016 cin%20abs6.jpg

Çin rəhbərliyi, ABŞ donanmasına mǝxsus “Dekatur” hǝrbi gəmisinin Cənubi Çin dənizinə daxil olmağına sərt reaksiya verib.


Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lu Kanq mövzu ilǝ ǝlaqǝdar sualı cavablandırıb: "Pekin rəhbərliyi, ABŞ-ın Cənubi Çin dənizində sülh və sabitliyi pozaraq Çinin suverenlik hüququ və təhlükəsizlik maraqlarını təhlükəyǝ atacağı halda lazımlı önləyici tədbirləri almaqdan imtina etmǝyǝcǝk”.

ABŞ tərəfindən isə məsələyə hələ ki münasibət bildirilməyib. Qeyd edək ki, ABŞ-nın Dekatur hǝrbi gǝmisi 21 oktyabrda Cənubi Çin dənizinə daxil olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1054