Moldovada prezident seçkiləri keçirilir
14:29 30 Oktyabr 2016
Bu gün Moldovada prezident seçkiləri keçirilir.
Son 16 ildə ilk dəfə dövlət başçısı ümumxalq səsverməsi ilə 4 il müddətinə seçiləcək.
Bundan əvvəl prezident parlamentdə seçilib. Səsvermə məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da başa çatacaq. Moldovada 3,131 milyon səsvermə hüququ olan şəxs var. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşmaq və Avropaya inteqrasiya tərəfdarları arasında gedir. Əsas mübarizənin Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu arasında gedəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.
Seçkinin ilkin nəticələri bazar ertəsi səhər saatlarında açıqlanacaq.
Femida.az
Oxunub: 1052
Oxşar xəbərlər
- Moldovada Zəhraya görə etiraz yürüşü keçiriləcək
- Moldovadan Azərbaycana Qarabağ dəstəyi
- Moldovadan Rusiyaya qarşı şok addım
- Moldovada NATO-nun ofisi yaradılacaq
- Moldovadan Rusiyaya tələb: Qoşunlar çıxarılsın
- Moldovada yeni prezident seçilib
- Moldovada seçkilər baş tutub
- Moldovada prezident seçkiləri baş tutub
- Moldovada hökumət istefaya göndərildi
- Moldovada yeni etiraz dalğası başlayıb