29 aydan sonra Prezident seçə bildilər


22:29     31 Oktyabr 2016 livan%20prezident.jpg

Livan parlamenti 29 aydan sonra bu gün ölkəyə prezident seçə bilib.


Belə ki, bu gün keçirilən iclasda iştirak edən 127 millət vəkilinin azı 65 nəfərinin səsini əldə edən Mişel Aun Livanın 13-cu Prezidenti olub.

Qeyd edək ki, Mişel Aun ölkədə və dünyada "Hizbullah" təşkilatının namizədi kimi tanınır.

Femida.az

Açar sözlər:

Oxunub: 951