Dolların sabaha olan MƏZƏNNƏSİ
22:40 03 Noyabr 2016
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Femida.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,64% artaraq 1,6596 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6490 manata bərabər olub.
Bununla da dolların manata qarşı məzənnəsi bu il növbəti dəfə illik maksimumu yeniləyib. Noyabr ayının 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb.
Bu gün AMB-də keçirilən və Azərbaycan Respublikası Dövlət Neft Fondunun da iştirak etdiyi ikitərəfli valyuta hərracı 1 dollar üçün 1,6490 məzənnəsi ilə başlayıb və 1,6580 məzənnəsi ilə yekunlaşıb.
Femida.az
Oxunub: 1067
Oxşar xəbərlər
- Dolların yanvarın 5-nə olan məzənnəsi
- Dolların gələn il üçün ilk məzənnəsi
- Dolların sabaha olan məzənnəsi
- Dolların sabaha olan məzənnəsi
- Dolların üç günə olan məzənnəsi açıqlandı
- Dolların sabaha olan məzənnəsi
- Dolların sabaha olan məzənnəsi
- Dolların dekabrın 18-nə olan məzənnəsi
- Dolların sabaha olan məzənnəsi
- Dolların sabaha olan məzənnəsi