Kirayədə qalan gənc intihar etdi


14:09     04 Noyabr 2016 publika.az1439617124intihar_3f8575766%20(1).jpg

Abşeron rayonunda intihar hadisəsi baş verib.


Bu barədə Trend-ə Abşeron rayon prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 3-də saat 16 radələrində baş verib. Rayonun Masazır qəsəbəsində kirayədə yaşayan Lerik rayon sakini, 1999-cu il təvəllüdlü Əmirov Asiman Şükür oğlu yaşadığı evdə özünü asıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1171