Həyətində narkotik becərirmiş


19:38     05 Noyabr 2016 narkotik3.jpg

Bakı şəhərində narkotik vasitə becərən şəxs tutulub.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayon 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Korgöz qəsəbəsində yaşayan Ağayar Məhərrəmovdan 1,928 qram, evinə baxış zamanı 9 kiloqram 90 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1613