PKK-çıların növbəti təxribatı - 6 əsgər yaralandı


23:48     06 Noyabr 2016 big_1432465600_pkk.jpg

Hakkarinin Çukurca vilayətində təhlükəsizlik qüvvələrinə qarşı PKK terrorçuları tərəfindən hücum təşkil olunub.



Femida.az -ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 əsgər xəsarət alıb.

Çukurca çölündə terrorçuların yerə döşədiyi partlayıcının partlaması nəticəsində isə 1 əsgər yaralanıb.

Yaralılar Hakkari Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar aparılır.

Açar sözlər:

Oxunub: 1722