Futbolda qan düşdü : 11 ölü, 16 yaralı


02:14     07 Noyabr 2016 1414065598.jpeg

Cənubi Sudanda naməlum şəxs futbol azarkeşlərinə atəş açıb.


Femida.az xəbər verir ki, bu barədə "National Courier" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt yaxınlığındakı Cub şəhərində baş verib. Belə ki, bir qrup azarkeş İngiltərə premyer liqasının matçını izləyərkən naməlum şəxs onlara hücum edib.
Atəş zamanı 11 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb. Cinayəti törətmiş şəxs qaçaraq gizlənməyə müvəffəq olub.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 3179


Oxşar xəbərlər