Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb
21:16 07 Noyabr 2016
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 7-də İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, həmçinin, bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən İsrailin uyğun qurumları ilə uğurlu əməkdaşlıqdan ətraflı bəhs edib.
Öz növbəsində, səfir Dan Stav İsrailin uyğun qurumlarının Azərbaycan FHN-lə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb, bu istiqamətdə ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 796
Oxşar xəbərlər
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib
- Kəmaləddin Heydərov təltif olunub
- Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşüb
- Kəmaləddin Heydərov Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
- Kəmaləddin Heydərov İƏT-in VIII Nazirlər konfransında iştirak edib
- Kəmaləddin Heydərovun qəbul vaxtı dəyişdi
- Kəmaləddin Heydərov FHN rəsmilərini topladı - Zəlzələ ilə bağlı
- Kəmaləddin Heydərov Cəlilabada gedir
- Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşdü