Misirli nazir İrana səfər etdi


22:28     07 Noyabr 2016 misir%20nazir.jpg

Misirin neft naziri Tarik əl-Mulla gözlənilmədən İrana səfər edib. Səfər zamanı İranla neft tədarükü məsələsinin müzakirə ediləcəyi ehtimal olunur.


Məlumata görə, ötən ay Səudiyyə Ərəbistanı Misirə neft ixracını dayandırdıqdan sonra ölkəyə xam neftin tədarükü ilə bağlı yeni tərəfdaş və müqavilə lazımdır.

Qeyd edək ki, 1979-cu ilin fevralında İranda baş verən inqilabdan sonra Qahirə ilə Tehran arasında münasibətlər dost səviyyəsində olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1116


Oxşar xəbərlər