26 yaşlı gəlin ərini öldürüb - Qətlin təfərrüatı (Video)
03:50 08 Noyabr 2016
Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən dəhşətli qətli bəzi təfərrüatları məlum olub.
Femida.az xəbər verir ki, Xəzər TV-nin məlumatına əsasən, 26 yaşlı Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə yaşadıqları evdə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən qadın bıçaqla ərinə bir neçə zərbə vurub. Ağır xəsarət alan Şəmsi Babayev elə hadisə yerindəcə ölüb.
Qohumların sözlərinə görə cütlük bir neçə il əvvəl ailə qurub. Təxminən iki il əvvəl isə Gülər ana olub. Ərlə arvad tez-tez ailədaxili məsələlər üstündə mübahisələr ediblər.
Mərhumun yaxınları iddia edirlər ki, Şəmsi Babayevi Gülər qohumları ilə birlikdə öldürüb.
Hadisə ilə əlaqədar Sabunçu polisi Gülər Mirzəyeva şübəhli şəxs qismində saxlanılıb. O, ilkin ifadəsində həyat yoldaşını qətlə yetirməsini etiraf edib. Faktla bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda maddəsi ilə cinayət iş başlanılıb.
Oxunub: 4902
Oxşar xəbərlər
- 26 yaşlı oğlan özünü öldürdü
- 26 yaşlı oğlan özünü gülləldi - Ağstafada müəmmalı ölüm
- 26 yaşlı oğlan toyu ərəfəsi özünü zəhərləyib
- 26 yaşlı gənc intihar etdi
- 26 yaşlı oğlan özünü tövlədə asdı
- 26 cinayət “isti izlər”lə açılıb - Bir gündə
- 261 uşaq cinayətə görə məhkum edilib - Statistika
- 268 şagirdin nəticəsi ləğv edildi
- 26 cinayət “isti izlər”lə açılıb
- 264 əcnəbinin Azərbaycana girişi məhdudlaşdrılıb