Neft bahalaşdı, qızıl isə...


13:17     08 Noyabr 2016 qizil%20azvision.jpg

Amerika fond bazarında Dow Jones indeksi 2,08 - 18 259,60 bəndədək, S&P 500 2,22% - 2 131,52 bəndədək, NASDAQ 2,37% - 5 166,17 bəndədək artıb.


Femida.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,70% - 6 806,90 bəndədək, Almaniya DAX-ı 1,93% - 10 456,95 bəndədək, Fransa CAC-40-ı isə 1,91% - 4 461,21 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,90 dollar bahalaşaraq 1 283,30 dollar, gümüş isə 0,10 dollar bahalaşaraq 18,26 dollara satılıb.


Dünya birjalarında neftin qiymətində də fərqli dinamika müşahidə olunur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 44,85 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar artaraq 46,23 dollar olub.

Açar sözlər:

Oxunub: 979