Klubdan oğurluq edən tutuldu


16:01     08 Noyabr 2016 maska_ogru_048.jpg

Bakıda klubdan oğurluq edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Nəsimi rayonu ərazisindəki klublardan birindən 7 ədəd televizor və 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən "VAZ-21154" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Cavid Urşanov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1078


Oxşar xəbərlər