ABŞ-ın Azərbaycana qarşı siyasəti dəyişəcək? - Səfirdən açıqlama


13:16     09 Noyabr 2016 robert_sekuta_01.jpg

"Bu gün amerikalılar üçün həyəcanverici bir gündür. Məqsəd necə və daha yaxşı gələcək qurmaqdır".


Femida.az -ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-da keçirilən prezident seçkilərini şərh edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta söyləyib.

R. Sekuta deyib ki, demokratiya yalnız seçkilər demək deyil: "Əsas önəmli məsələ qanunun aliliyidir. Seçkilər insanlara öz hisslərini ifadə etmək imkanı yaradır. Eyni zamanda liderlərə həmin insanların fikirlərini dinləmək imkanı verir".

O bildirib ki, ABŞ-ın Azərbaycana dair siyasətinin necə dəyişəcəyi haqda danışmaq hələ tezdir:

"Seçkilərin nəticələrini gözləmək lazımdır. Hələ yanvar ayının 20-dək prezident Barak Obamadır", - səfir deyib.

Səfir potensial qalib barədə heç bir şərh verməyib və nəticələri müşahidə etməyi məsləhət görüb.

"ABŞ-da seçkilər bu ölkənin gələcəyi ilə bağlı insanlar arasında keçirilən debatlardır", - Sekuta deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 3056