ABŞ-dakı seçkilər nefti ucuzlaşdırdı


13:42     09 Noyabr 2016 secki%20abs.jpg

Dünya birjalarında neft ucuzlaşıb.


Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,65 dollar azalaraq 43,33 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 44,56 dollar olub.

Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən respublikaçı namizəd Donald Trampın liderliyi qoruyub saxlaması barədə məlumat səbəb olub. Belə ki, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp əslərin 49,9%-ni, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2%-ni toplayıb. Bəzi mütəxəssislər hesab edir ki, D.Trampın tam qələbəsindən ABŞ iqtisadiyyatına ziyan dəyə və neftə olan tələbat aşağı düşə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1293