Neftçinin axtarışı davam edir


14:49     09 Noyabr 2016 axtarisi%20neftci.jpg

“Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir”.


“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının APA-ya verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.

“İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayır”, - deyə T.Bayatlı əlavə edib.

Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.

Femida.az

Açar sözlər:

Oxunub: 1161