Kaliforniya ABŞ-dan ayrılmaq istəyir - Gərginlik son həddə


20:40     09 Noyabr 2016 la-mhamilton-1478684946-snap-photo.jpg

50 nəfərdən çox etirazçı Kaliforniya ştatının Oklend şəhərindəki mərkəzindən keçərək, şüarlar səsləndirib və ətrafa od vurub.


Şəhərdə mitinqlər keçirilir. Femida.az xəbər verir ki, bu barədə ABC7 telekanalı məlumat yayıb.

Belə ki, buna səbəb respublikaçı Donald Trampın prezident seçkisində demokrat rəqibi Hillari Klinton üzərində qələbə qazanmasıdır.

Bundan əlavə ştatının Oklend və Berkli şəhərlərində, eləcə də Oreqon Universitetində etiraz aksiyaları keçirilib. Oklenddə baş tutan etiraz aksiyasında təxminən 200 sakin iştirak edib. Etirazçılar “Tramp bizim prezident deyil!” şüarı səsləndiriblər.

Açar sözlər:

Oxunub: 4079