Bayraq günü Silahlı Qüvvələrdə qeyd olunub


23:11     09 Noyabr 2016 4-1.jpg

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.


Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin göstərişinə əsasən bayramla əlaqədar təsdiq olunmuş plan üzrə tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilib.

Həmçinin müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1103