Deputatın oğlu üç məktəblini güllələdi


19:25     11 Noyabr 2016 deputat%20gulleledi.jpg

İrkutsk vilayətinin Ust-Kuta rayonundakı liseyin 10-cu sinif şagirdi travmatik tapançadan bir qrup 7-ci sinif şagirdini güllələyib.


Femida.az modern.az-a istinadən bildirir ki, nəticədə 3 məktəbli yralanıb, birinin başının dərisi soyulub.
Məktəblilərin həyatı üçün ciddi təhlükənin olmadığı bildirilir.

Məlumata görə, hücum çəkən Ust-Kutsk rayon Dumasının deputatlarından birinin oğludur.
Yerli parlamentin rəhbərliyində də baş verən hadisəni təsdiqləyiblər. Ancaq başqa heç bir şərh verilməyib. İstintaq Komitəsinin regional idarəsində insidentlə bağlı araşdırma başlayıb.

Liseyin direktoru İrina Şerstyannikova deyib ki, susmaq niyyətində deyil: "Polisə hadisə ilə bağlı mən məlumat vermişəm. Hazırda daxili yoxlama gedtdiyindən, konkret heç nə xəbər verə bilmərəm".
Oğlanın deputat atası isə bu hadisəyə görə açıqlama verməkdən boyun qaçırıb.

Açar sözlər:

Oxunub: 1010