Saakaşvili Ukraynada partiya yaradır


20:33     11 Noyabr 2016 saakashvili-e1423303538787.jpg

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili “Xvılya” (“Dalğa”) adlı yeni partiya yaratmaq istəyir.


Bu barədə Saakaşvili Rusiyanın “Korrespondent” nəşrinə müsahibəsində danışıb.

”Xvılya” növbədənkənar seçkilərin keçirilməsindən asılı olaraq, yaradıla bilər”, - deyə sabiq Gürcüstan prezidenti qeyd edib.

Onun sözlərinə görə, bir müddət əvvəl o bu barədə prezident Pyotr Poroşenkoya təkliflə müraciət edib: “Biz parlamentə seçkilər keçirməklə hökumətin tərkibini 90 faiz yeniləyə bilərdik. Lakin bu ilin aprelində Arsen Avakovla sövdələşmə baş verdi. Nəticədə Avakov daxili işlər naziri olaraq qaldı”.

Femida.az

Açar sözlər:

Oxunub: 989