Pentaqon Trampın seçilməsinə münasibət bildirdi


22:14     11 Noyabr 2016 Image%20%20The_Pentagon_January_2008.jpg

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk seçkilərdə qalib gələn Trampın açıqlamalarına fikir verməyəcəklərini və Avropadakı hərbi varlıqlarını gücləndirəcəklərini açıqlayıb.


Piter Kuk bildirib ki, 2017-ci ildə Avropaya yeni hərbi qüvvələr göndərəcək. Nazirlik rəsmisi bəyan edib ki, hərbi qüvvələrin göndərilməsinə səbəb Rusiyanın ola biləcək hücumlarına qarşı hazırlıq məqsədi daşıyır.

"Yeni hərbi qüvvələr Polşadakı hərbi təlimdən sonra Bolqarıstan, Rumıniya və Baltikyanı ölkələrinə göndəriləcək", - deyə Piter Kuk vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1087