Amsterdamda insident - 3 nəfər yaralandı


20:11     12 Noyabr 2016 atisma8.jpg

Niderlandın Amsterdam şəhərində atışma nəticəsində ən azı üç nəfər yaralanıb. İnsidentlə bağlı bir şübhəli şəxs saxlanılıb.


Bu barədə yerli "De Telegraaf" nəşri yazıb. İnsident yerli kafelərdən birində baş verib.

Şahidlər həmin zaman 5-6 atəşin açıldığını bildirirlər. Atışma müəssisə müştəriləri arasında təşvişə səbəb olub və onlar bayıra qaçıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ərazi dövrəyə alınıb, polis araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 1049


Oxşar xəbərlər