Savelyev İlham Əliyevi təbrik edib


18:50     12 Noyabr 2016 salayev.jpg

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Konstitusiya Günü münasibətilə prezident İlham Əliyevə təbrik teleqramı ünvanlayıb.


Femida.az-ın xəbərinə görə, teleqramda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

İcazə verin, Sizi və bütün Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə təbrik edim.

Konstitusiya dövlətin fəaliyyətinin əsasını, məğzini onun bütün çoxobrazlılığı ilə müəyyənləşdirir. Konstitusiya xalqın hər zaman vahid və azad olacağına zəmanət verən ən vacib sənəddir.

Sizin respublika konstitusiyasına söykənən müdrik rəhbərliyiniz altında Azərbaycan inkişafa doğru böyük addım atıb, dünya arenasında siyasi çəkisini nəzərəçarpacaq dərəcədə artırıb.

Ölkənin başında dahi milli lider Heydər Əliyev durarkən qəbul edilən ölkə konstitusiyası dövlətin daxili və xarici siyasi gücünə parlaq şəkildə şahidlik edir, axı, yalnız müstəqil, öz ayaqları üstə duran və öz gücünə inanan ölkə öz vətəndaşlarının hüquq və azadlıqlarının həqiqi müdafiəsini zəmanətli şəkildə təmin edə bilər.

Rusiya ilə Azərbaycanı ənənəvi qardaşlıq münasibətləri əlaqələndirir.

Əminəm ki, əməkdaşlığımızın bütün fəaliyyət sahələrində gələcək inkişafı ölkələrimizin xalqları naminə yalnız artacaq.

Bu bayram günündə Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən firavan və xoşbəxt həyat, ölkənin hər bir vətəndaşının ürəkdən fəxr etdiyi dövlətin çiçəklənməsini arzulayıram!"

Femida.az

Açar sözlər:

Oxunub: 1230


Oxşar xəbərlər