Xoşqədəmin videosuna MTRŞ-dan münasibət: “Video efirə getməyibsə...”


14:57     14 Noyabr 2016 15033672_887300754739456_218056754_n.jpg

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov dünəndən bəri sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilən video ilə bağlı münasibət bildirib.


Toğrul Məmmədov Femida.az-a açıqlamasında bildirib ki, hələlik sözügedən videoya baxılmayıb. Lakin istənilən halda MTRŞ efirə gedən kadrlara cavabdehdir:

“Biz efirə cavabdehik. Hələ ki yayılan videya baxmamışıq. Baxaq görək, kadrlar efirdə yayımlanıbmı. Efirə getməyən bir kadrla bağlı nə tətbiq edə bilərik axı?!”

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının çəkilişlərindən birinin görüntüsünü yayılıb. Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Kadrlardan məlum olur ki, verilişin qonaqları başqa formada təqdim olunur və reytinq xatirinə tamaşaçılar aldadılır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10170