Gömrükdə sıxlıq aradan qaldırılıb


15:14     15 Noyabr 2016 96239ecef6505d87d00212db5b3f965b.jpg

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.


Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat veriləib.

Qeyd edək ki, Rusiya tərəfindəki sərhəd keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə “Samur” gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb. Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.

Hazırda “Samur” gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.

Femida.az

Açar sözlər:

Oxunub: 862