Azərbaycana 2,8 mlrd. dollar kredit ayrılıb
19:59 15 Noyabr 2016
“Azərbaycana səfərim çərçivəsində hal-hazırda mövcud iqtisadi çağırışlar dövründə ölkəyə hansı şəkildə səmərəli dəstək verəcəyimizi müzakirə edəcəyik”.
Femida.az xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Zanq deyib.
Onun sözlərinə görə, iki gün ərzində Azərbaycanın ADB-yə üzv olduğu gündən bəri aparılan əməkdaşlıq müzakirə olunub. “Azərbaycanın son iqtisadi durumu haqqında məlumat almaq üçün Bakıdayam. 17 il ərzində Asiya İnkişaf Bankı Azərbaycana 2,8 mlrd. dollar çərçivəsində kredit ayırıb. Hal-hazırda isə hökumət rəsmiləri ilə 2017-2019-cu illəri əhatə edəcək fəaliyyət və əməkdaşlıq planlarını da müzakirə edirik. ”, - deyə V. Zanq bildirib.
V. Zanq əlavə edib ki, səfər çərçivəsində struktur islahatlar, gələcək inkişaf, texniki yardım məsələləri də əsas müzakirə mövzusu olacaq.
Oxunub: 920
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda