İlham Əliyev həmkarlarını təbrik edib


22:37     15 Noyabr 2016 ilham%20eliyev%20ad%20gunu.jpg

Azərbaycan prezidenti İlham Əliyev Rumen Radevi Bolqarıstan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.


Femida.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Radev, Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına töhfə verəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Dövlət başçısı həmçinin İqor Dodonu Moldova prezidenti seçilməsi münasibəti ilə təbrik edib:

“Hörmətli cənab Dodon, Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 1092