Poroşenko prokurorluğa çağırılıb


02:51     16 Noyabr 2016 poroshenko-porosenko.jpg

Ukrayna prezidenti Pyot Poroşenko Maydan fəallarına qarşı cinayətlərlə bağlı iş üzrə şahid qismində ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb.


Femida.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu Xüsusi Araşdırmalar Departamentinin rəhbəri Sergey Qorbatyuk bildirib.

“Prezident noyabrın 29-na çağırılıb. Onun ifadə verməsinə dair prinsipial razılıq var, lakin dindirilmə iki dəfə təxirə salınıb. Bu üçüncü dəfədir”, - deyə Qorbatyuk bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1043