Hərbi xidmət haqqında qanuna edilən dəyişiklik bəlli oldu-AÇIQLAMA


17:05     22 Aprel 2015 zaho9.jpg

28 aprel tarixində Milli Məclisin keçiriləcək olan növbəti plenar iclasında “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik ediləcək. İctimaiyətdə belə bir fikir dolaşır ki, qanuna edilən dəyişiklik zamanı ali məktəblərin bakalavr pilləsini bitirib, magistratura pilləsinə daxil olmaq istəyən və magistr adını qazanan oğlan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi də müzakirə ediləcək.
Məsələ ilə bağlı Femida.az-a millət vəkili Zahid Oruc danışıb. O bildirib ki, yaxın zamanlarda müvafiq addımlar atılacaq:
“ “Elm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra artıq avtomatik olaraq aidiyyatı qanunlarda dəyişiklik etmək fəaliyyəti meydana çıxacaq. Biz də müvafiq addımı atacağıq. Lakin indiki məqamda qanunda sadəcə bir söz dəyişilib. O da əvvəlki qanundakı normanı bir qədər sərtləşdirmək üçündür. Söhbət hərbiçilərin xaricə getmək hüququnun müvafiq icra hakimiyyətinin razılığı əsasında olması müddəasıdır. Yəni, hərbiçilərin müstəqil şəkildə ölkə ərasizini tərk etmək hüququ yoxdur. Bu layihədə hələ ki, magistratura pilləsində təhsil alan gənclərə hərbi möhlət hüququnun verilməsi məsələsinə baxılmayıb”.

Aysel HƏSƏNOVA

Açar sözlər:

Oxunub: 700