Direktora böhtan atan müəllimi hansı cəza gözləyir?


19:52     17 Noyabr 2016 mekteb16.jpg

“Ümumiyyətlə, kimisə əsassız yerə, hansısa cinayətdə ittiham etməklə, onun barəsində hüquq mühafizə orqanlarına bilə-bilə yalandan şikayət etmiş şəxs, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər şikayətçinin cinayət hadisəsi ilə bağlı, öz ərizə və izahatında qeyd etdikləri təsdiqini tapmazsa və onun şikayət etməkdə məqsədi bilə-bilə yalan xəbərçilik etmə faktı sübuta yetirlməyibsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmamalıdır”.


Bunu Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Hüquqşünas bildirdi ki, direktor tərəfindən zorlandığını iddia edən Ləman Babayeva yalan və böhtan xarakterli məlumat yaydığına görə faktla bağlı cinayət işi açıla bilər:

“Məktəbin direktor müavini Ləman Babayeva, əgər direktor tərəfindən zorlandığını iddia edib, onun barəsində hüquq mühafizə orqanlarına şikayət edibsə, lakin sonradan verdiyi izahatında bu iddianı qəsdən irəli sürdüyünü yazıbsa, bu o deməkdir ki, onun bilə-bilə yalan xəbərçilik etmə faktı sübuta yetirilib”.

Məhərrəməli Həmidov vurğuladı ki, direktor müavini Ləman Babayeva üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər:

“Zorlanma, yəni şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə ağır cinayətdə ittiham olunduğuna görə bu barədə bilə-bilə yalan şikayət etmiş şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinərək üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Bu məsələ, yüzlərlə azyaşlı uşaqların təhsil aldığı məktəbdə ictimailəşdirildiyinə görə, daha da ciddi şəkildə araşdırılıb, təqsirkar şəxslərin barəsində tədbir görülməlidir ki, bu xoşagəlməz hadisələr növbəti dəfə baş verməsin”.



Hüquqşünas onu da əlavə etdi ki, böhtan direktorun şərəf və ləyaqətini alçaltmaqla, ona maddi və mənəvi zərər vurubsa, o, mülki qaydada maddi-mənəvi təzminat da tələb edə bilər:

“Bundan əlavə, əgər şəxsin, atdığı bu böhtanı ən azı iki nəfər kənar şəxs görüb və eşidibsə, böhtan atılan şəxs, həmin şəxsə qarşı xususi ittiham qaydasında məhkəməyə şikayət edə bilər. Burda da şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə ağır cinayətdə ittiham olunduğuna görə, onun barəsində yalan, böhtan xarakterli məlumatları bilə-bilə yayan şəxsi Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Bu böhtan, şəxsin şərəf və ləyaqətini alçaldmaqla, ona maddi və mənəvi zərər vurubsa, təqsirkar şəxsdən mülki qaydada maddi və mənəvi zərərin əvəzinin ödənilməsini də tələb etmək hüquqa malikdir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5157


Oxşar xəbərlər