USUS Dərnəgüldə köçkünlərin yataqxanası yanır - FOTO

Dərnəgüldə köçkünlərin yataqxanası yanır - FOTO


14:11     19 Noyabr 2016 yangin89.jpg

Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.


Femida.az Trend-ə istinadən bildirir ki, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.

Hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.

Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.



Femida.az

Açar sözlər:

Oxunub: 1653