OPEK İranla məsləhətləşmələr aparacaq


01:41     20 Noyabr 2016 OPEC.jpg

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Məhəmməd Barkindo İranın neft naziri Bican Zəngane ilə görüşəcək.


Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə deyilir ki, görüşdə neft bazarındakı vəziyyət, eləcə də OPEK-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanda keçiriləcək iclası ilə bağlı müzakirələr aparılacaq.

Xatırladaq ki, OPEK ölkələrinin sentyabrın sonlarında Əlcəzairdə keçirilmiş qeyri-rəsmi görüşündə gündəlik neft hasilatının 32,5-33 mln. barellə məhdudlaşdırılması barədə razılıq əldə olunub. Təşkilatın hər üzvünə düşəcək limit isə hələ razılaşdırılmayıb. Vyana sammitində bununla bağlı yekun qərarın qəbul ediləcəyi gözlənilir. OPEK-də hesab edirlər ki, "qara qızıl" bazarındakı vəziyyətin sabitləşməsi həm də digər neft hasilatçısı olan ölkələrdən, xüsusilə də Rusiyadan asılıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1203