Ata, ana və övlad öldü - Ucarda dəhşət


14:07     21 Noyabr 2016 zeherlenme.png

Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb.


Bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.

Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z. Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 6194


Oxşar xəbərlər