Sabah hava mülayimləşəcək - PROQNOZ


19:08     22 Aprel 2015 hava.jpg

Bakıda əsən güclü şimal-qərb küləyi sabah gündüz mülayimləşəcək.

Femida.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın ciskinli olacağı, gecəyə doğru yağış yağacağı proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 23-də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 325