Avropanın güclü komadaları Bakıya gələcək - Müqavilə imzalandı


22:30     23 Noyabr 2016 1479905609988921963_1000x669.jpg

Noyabrın 23-də voleybol üzrə qadınlar arasında keçiriləcək 2017-ci il Avropa Çempionatının final mərhələsinin rəsmi müqaviləsi imzalanıb.



Femida.az xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, Avropa Voleybol Federasiyasının prezidenti Aleksander Boricic və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, gələn il sentyabrın 20-dən oktyabrın 1-dək davam edəcək “Avro-2017”nin cəmi bir oyunu və dörddəbir final görüşləri Gürcüstanda keçiriləcək. Qrupun üç görüşündən biri Göygöldə, ikisi isə Bakıda oynanılacaq. Həmçinin çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda təşkil ediləcək.

Yarışda 16 komanda mübarizə aparacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstan, “Avro-2015”in mükafatçıları Rusiya, Hollandiya və Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya milliləridir. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulacaq.

Açar sözlər:

Oxunub: 1102