Avstraliyanın axtardığı terrorçu Türkiyədə tutuldu


00:27     27 Noyabr 2016 terrorcu66.jpg

Avstraliya hökuməti bu ölkədə ən çox axtarılan terrorçu, İŞİD qruplaşmasının üzvü Nil Prakaşın Türkiyədə tutulduğunu təsdiqləyib.


"Bizim Prakaş hesab etdiyimiz şəxsin tutulması Avstraliya və Türkiyə hakimiyyətinin sıx əməkdaşlığının nəticəsində oldu", - deyə Avstraliya hökumətinin mətbuat katibi bildirib.

Türkiyənin hüqüq-mühafizə orqanları Prakaşanı dindirib. Avstraliya onun ekstradisiyası haqqında formal sorğu göndərəcək. Prakaş Avstraliyada İŞİD-in ən yüksək vəzifəli üzvü hesab edilirdi və terror aktlarının hazırlığına cəlb olunmuşdu.

Onlardan birini 25 apreldə – Avstraliyanın müharibə veteranlarının şərəfinə keçirilən milli bayram günündə həyata keçirmək planlaşdırılırdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1150


Oxşar xəbərlər