İŞİD: “Ərdoğan PKK-nı bəsləyib böyüdür” - FOTOLAR


14:51     22 İyul 2015 150721145920_isis_624x351_n_nocredit.jpg


“İraq Şam İslam dövləti” (İŞİD) terror qruplaşmasının türk dilində nəşr olunan “Konstantiniyye” jurnalının ikinci sayı internet üzərindən dərc olunub.


Femida.az “BBC Türkçe”yə istinadən xəbər verir ki, jurnalın yeni sayında Türkiyə hökuməti və prezident Rəcəb Tayyib Ərdoğan sərt şəkildə tənqid olunub.

“ƏRDOĞAN PKK-NI DƏSTƏKLƏYİR”



Jurnalda qeyd edilir ki, Türkiyə dövlətinin “PKK-ya verdiyi dəstək və güzəştlər” ölkənin bölünməsinə yol açır.

“Ərdoğanın kürd dövləti” başlıqlı yazıda Ərdoğanın bilərək və ya bilməyərəkdən, birbaşa və ya dolayı olaraq hər gün PKK-nı bəsləyib böyütdüyü qeyd edilib.

PKK VƏ HDP-YƏ SƏRT SÖZLƏR



“İslam dövləti niyə kürdlərlə savaşır” başlıqlı yazıda isə PKK və kürdlərin Xalqların Demokratiyası Partiyası (HDP) da sərt şəkildə tənqid edilib. Jurnalda PKK-nı “ateist dəstə”, HDP-ni isə “Mürtəd PKK-lıların Türkiyədəki partiyası” olaraq qeyd edilir.

Həmçinin yazıda İŞİD-in Kürdlərlə müharibəsinin irqi əsaslı olmadığı əksinə İŞİD-in tərkibində bir çox kürdün yer aldığı da qeyd olunub.

Səudiyyə Ərəbistanı da jurnalda sərt ifadələrlə tənqid edilən ölkələr arasında yer alıb.

Şahverdi Şirinli
Femida.az





Açar sözlər:

Oxunub: 2390