Bayrağı təhqir edənlər vətəndaşlıqdan çıxarılacaq


13:45     30 Noyabr 2016 abs%20bayraq.jpg

Dövlət bayrağını təhqirə görə sərt cəzalar tətbiq edilə bilər.


Femida.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın yeni prezidenti Donald Tramp çıxış edib.

O bildirib ki, bayrağı təhqir edən şəxs ya bir illik həbsxanaya yollanacaq, ya da vətəndaşlıqdan məhrum ediləcək.

Qeyd edək ki, daha əvvəl Respublikaçılar Partiyasının nümayəndəsinin prezident seçilməsinə etiraz edənlər üç saat ərzində nümayiş keçirdikdən sonra Atlantada, Corcoya ştatının qanunvericilik məclisinin binası qarşısında ABŞ bayrağını yandırıblar. Nümayişdə 500-dən çox insan iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1214