Jurnalistlər Zərdabini ziyarət edib
17:44 22 İyul 2015
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının, KİV-lərin nümayəndələri iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
Görkəmli maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. Bildirib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunub, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılıb.
Çıxış edənlər son illər ölkəmizdə medianın inkişafı, söz və fikir azadlığının təmin olunması istiqamətində görülmüş işlərdən danışıblar. Qeyd edilib ki, mətbuatın normativ hüquqi bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun iqtisadi müstəqilliyinin təmin edilməsi də dövlətin diqqət mərkəzindədir.
Oxunub: 831
Oxşar xəbərlər
- Jurnalistlər üçün növbəti yazı müsabiqəsi
- Jurnalistlərin karnavalı oldu – VİDEO
- Jurnalistlərlə deputatlar futbol oynayacaq
- Jurnalistlər üçün müsabiqə
- Jurnalistlərin olduğu helikopter gölə düşüb
- Jurnalistlər üçün daha bir müsabiqə
- Jurnalistlər üçün təlim keçirilib
- Jurnalistlər banklara müraciət etdi: Əksəriyyətini ancaq pul maraqlandırır
- Jurnalistlər mükafatlandırıldı
- Jurnalistlərin binasında bu xidmət pulsuz olacaq