Nazirlik 2 şirkətlə memorandum imzaladı


22:40     30 Noyabr 2016 serencam%20ferman%20imza%20kreslo.jpg

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi, Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu İnformatika və Məlumat Təhlükəsizliyi Yüksək Texnologiyalar üzrə Araşdırma Mərkəzi (TÜBİTAK BİLGEM) və “Hava Elektronik Sanayi və Ticarət AŞ” (HAVELSAN) şirkətləri arasında anlaşma memorandumu imzalanıb.


Femida.az xəbər verir ki, tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq imkan və bacarıqlarını birləşdirmək yolu ilə layihələr çərçivəsində daha məhsuldar işləyə biləcəkləri məsələsində ümumi fikrə gəliblər.

Bu memorandum çərçivəsində həyata keçiriləcək layihələrdə HAVELSAN və TÜBİTAK BİLGEM konsorsium ortağı, MHM isə müştəri funksiyasında çıxış edir.

Femida.az

Açar sözlər:

Oxunub: 950