İçərişəhərdə yeni il yarmarkası olacaq


21:34     01 Dekabr 2016 01_nargis-jurnali-yeni-il-xeyriyya-yarmarkasi-baqlanish.jpg

Şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dekabrın 20-dən yanvarın 10-dək Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası keçirməyi planlaşdırır.



Femida.az xəbər verir ki, “Qış qalası” təkcə əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. 20 gün boyunca hər gün saat 19:00-21:00-dək uşaqlar üçün əyləncəli animasiya proqramı və canlı ifalar davam edəcək.

Açar sözlər:

Oxunub: 1236