Xəbəriniz olmadan fotonuz çəkilə bilər? – Hüquqi ŞƏRH


13:48     02 Dekabr 2016 bcunningham101.jpg

“Şəxsi və ailə həyatının sirri olan məlumatların toplanılması və yayılması cinayət məsuliyyəti yaradır”.


Femida.az xəbər verir ki, bunu vəkil Asif Abdullayev deyib.

O bildirib ki, Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:

“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Vəkil onu da əlavə edib ki, kiminsə şəxsi həyatı ilə bağlı olan məlumatları toplamaq, yaymaq cinayət məsuliyyətinə səbəb olur:

“Cinayət Məcəlləsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların toplanılması, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılmasına yol vermiş şəxs yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1830


Oxşar xəbərlər